Bədən Dili (ümumi)



Çox adam elə fikirləşir ki, bədən dili əhəmiyyətli olsa da ən çox insanlar arasında fikir çatdırmaq üçün danışmaq əsasdır. Albert Mahrebian’ın araşdırmalarına görə insanların ikili əlaqələlərində bədən dilinin təsiri 55%, vurğunun, səs tonunun təsiri 38%, danışanda istifade etdiyimiz sözlərin kəsb etdiyi məna isə sadəcə 7% təşkil edir.  Bir söz fərqli səs tonuna uyğun sual, qəzəb və digər mənalar verə bilər.”Qorxu,kədər, sevinc, iyrənmə” kimi duyğuları göstərən bədən dili bütün dünyada eynidirsə, bəzi öıkələrin bədən dilinin istifadəsində fəqlilik görünməkdədir.Məsələn, İtaliyada əla mənasının verən işarə və ya Pakistanda kiməsə göz vurmaq qəbul edilməzdir. Emosiyalarınız bədən dilində əks olduğu kimi bədən dili də emosiyalarınıza təsir göstərə bilər. Məsələn, çiyninizi yuxarı tutub güldükdə özünüzü daha yaxşı hiss edəcəksiniz və ya yuxunuz gəlməməsinə baxmayaraq uzansanız yuxunuz gələcəkdir və s.

İnsanlarda qalıcı təəssüratların 90%-nin ilk 30 saniyə içində əldə edildiyini bilirdinizmi?. Siz məsafədən asılı olaraq qarşıdakı insan haqqında özünüzdə fikir formalaşdırırsınız.Məsələn, 6-7 metr uzaqlıqda artıq qarşıdakı insan haqqında ilk hökmlər verirsiniz ki,  bu da əsasən Görüşü, Duruşu, ilk göz əlaqəsi və onun gülmək tərzindən asılı olur. 3 metr uzaqlıqdaykən daha çox məlumatlar əldə edirsiniz: Qaş hərəkətləri, Ortaq baxış, üz cizgiləri, bədən dilindən gələn digər işarələr, geyim tərzi və. s. Artıq 1 metr uzaqlıqdaykən həm işarələrin miqdarı həm də keyfiyyəti çox artır ki, bunlara əl sıxışmaq üçün atılan məsafə, əl sıxışma növü (sağlam, çox güclü, nəmli, idarə kimdədir və s.), göz bəbəklərinin irliyi, nəfəs alma tempi, qarşılıqlı durduqda ilk olaraq harda durmaq (əslində bu həmin insanın cinsiyətindən və sizinlə tanışlığının dərəcəsindən asılıdır) və s. Əgər iki kişi cinsinin nümayəndəsi ilk dəfə qarşılaşıb yanyana durarlarsa, özlərini daha rahat hiss edə bilərlər təbii ki əlaqələr möhkəmləndikcə qarşılıqlı da dura bilərlər. Lakin bir kişi bir qadınla ilk dəfə qarşılaşarsa, onun tam qarşısında dursa daha yaxşı əlaqələr inkişaf edə bilər, daha sonra yan tərəfə də keçə bilər.

 

Üzə toxunmaq- bilmədən şüüraltı olaraq öz üzünə toxunmaq yalan deməyin göstəricisidir. Çox güman ki, uşaqların yalan danışdıqları üzə çıxdıqda ağızlarını əlləri ilə tutmasının şahidi olmusunuz.

Əl sıxmaq- İlk təəssüratları dəyişmək demək olar ki mümkünsüzdür. Tonya Reiman “Bədən dilinin gücü” (The Power of Body Language) kitabında mükəmməl əl sıxmanı belə təsvir edir: “Adama doğru gedin, biraz irəliyə doğru əyilin, onların gözünə baxın, sağ əlinizi uzadın və özünüzü təqdim edib rahatlıqla əl sıxışarkən əmin olun ki bütün qolunuzla silkələyirsiniz nəinki yalnız bilək və barmaqlarınızla.”

Gülmək-Saxta gülməyin. Saxta gülüş zamanı bəzi üz cizgiləri dəyişir elə vaxt olur ki, heç dişlər belə görünmür. Bu gülüş bir insanı yolaverməkdən başqa bir şey deyildir.

Göz bəbəklərinin genişlənməsi-Bir insanın gözbəbəyi genişlənərsə, bu nəyinsə ona  həyəcanlı və maraqlı olduğunun göstəricisidir.

Qolları çarpazlaşdırmaq- Buna xüsusi situasiyalardan asılı olaraq  mühafizəkarlıq, özündən razılıq ,məmnuniyyətsizlik əlaməti kimi qiymət vermək olar.

Dırnaqları dişləmək-əsəbiliyi, təhlükəli vəziyyəti və s. göstərir. Lakin bu bəzən adət halını da alır.

Bölgələr (sahələr)

Ətrafımızda 4 bölgə vardır ki onlardan yaxşı istifadə etməliyik.

  • 0-50 sm xüsusi bölgə (hücum hissi oyadır. Girməməniz məsləhətlidir)
  • 50 sm-1.20 m Şəxsi bölgə (bu bölgəyə ilk 3 dəqiqədən sonra girmək olar)
  • 1.20-3.50 m Sosial bölgə (tanımadığınız adamın olması lazım olan yer)
  • 3.50-… m Ortaq bölgə ( hamının istifadə edə biləcəyi yer)

1.20 m dən uzağa getməklə təsiriniz azalar, 50 sm dən yaxına gəlməklə qorxu hissi oyadarsınız. Məsafəni düzgün təyin etmək lazımdır.

“Güzgüləmə effekti”- Qarşıdakı adama biz eyni komandadayız, eyni partiyadanıq duyğusunu hiss etdirməniz  qarşıdakı adamın özünü daha rahat hiss etdirər.Siz onunla eyni yerə baxmalı onun nəfəs aldığı kimi nəfəs almalısınız, səs tonunuzu ona uyğunlaşdırmasınız və s.. Əgər qarşı-qarşıya baxarsanız bu rəqabət, bir yerə doğru baxarsanız bu uyğunluq, başqa-başqa yönlərə baxarsanız bu anlaşmazlıq, bağımsızlıq mənasına gəlir. Buna bir misal olaraq, iclas salonlarındakı stolları göstərmək olar belə ki, düzbucaqlı formasında olan stol nüfuzun üstünlüyünü (avtoritarlığı), dairəvi formalı masa əməkdaşlığı və əlaqənin göstəricisi, kvadrat isə qısa iclas edilib qəti qərarların alındığı yığıncaq mənası vardır.

Danışdığınız insanın əlinin üzündə olması məmnuniyətsizliklə əlaqədardır. Düz danışmayan insan öz əlini gizlədər, göz bəbəkləri kiçilər, göz təması azalar. Qolların birbirinə bağlanması müdafiə olunmağı və ya öz fikrində qalmağın göstəricisidir.

Qızıl qaydalar

  • Gülün- Dünya sizinlə birlikdə gülər
  • Göz təması yaradın- Bunu danışdığınız müddətin 75% edin. Az edərsəniz şübhə yaradar və ya həyəcanlı görünürsünüz. Çox edərsəniz, təhdit edən kimi görünüb qarşı tərəfdə çəkingənlik hissini oyadarsınız.
  • Əl sıxın- əl sıxarkən heç vaxt qarşıdakı adama hər şeyi idarə etmək səlahiyyətini verməyin. Güclü görünmək üçün qarşıdakı insanın əlini çox da sıxmayın.
  • Heç vaxt Şəxsi Bölgəyə girməyin – Fərqli mədəniyyətlərdə fərqli standartlar var.
  • Aranızda heç vaxt stol olmasın- Stol əlaqəni azaldar və avtoritetliyi artırar.
  • Ovuçlarınızın istifadəsi – Əgər aşağı çevirərsinizsə, dediyiniz sözün tutarlılığı artar, yuxarı çevirərsinizsə əmr istəyə çevrilər
  • Qarşınızdakına əhəmiyyət verdiyinizi göstərmək üçün dinləyərkən başınızla arasıra təsdiqləyin
  • Qarşınızdakının gözbəbəyinin böyüməsi istəkliliyi, kiçilməsi isə istəksizliyi göstərər

Tags:

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.