Müasir diplomatiyanın xüsusiyyətləri
Müasir diplomatiya 18 əsr klassik diplomatiyadan əsaslı sürətdə fərqlənir. Bu xüsusiyyətlərə aşağıdakıları qeyd edə bilərik:
1) Danışıqlar prosesinin rolunun artması və çoxtərəfli diplomatiyanın meydana çıxması: əgər ənənəvi olaraq danışıqlar ikitərəfli əsasda dövlətlər arasında baş tuturdusa, hazırda beynəlxalq təşkilatlar daxilində və üçüncü dövlətlərin iştirakı ilə danışıqların əhatəsi genişləndirilmişdir.
2) Yüksək səviyyədə keçirilən diplomatiyanın rolunun artması: xx əsrin ıı yarısından etibarən diplomatiyanın bu formasının yayılması beynəlxalq vəziyyətin dəyişməsində rol oynamış, vacib məsələlərin dar çərçivədən kənarda müzakirə olunmasına şərait yatarmışdır. Digər tərəfdən bu tip danışıqlrda dövləti təmsil edən yüksək vəzifəli şəxslər olduğundan qəbul olunmuş qərarların yerinə yetirilməsi imkanı daha da artmışdır. Eyni zamanda informasiyanın birinci əldən alınması, fikir mübadiləsi məsliyyəti artırmiş və səhv etmək imkanını azaltmışdır. Bu diplomatiyanın ən bariz nümunəsi kimi 1962-ci il Kennedi və Xruşovun Karib böhranı ilə baglı olan danışıqlarının qeyd etmək olar. Lakin bu diplomatiyanın mənfi cəhəti şəxsi simpayita və antipatiyaların danışıqlar prosesinə daha çox təsir göstərməsidir.
3) Beynəlxalq münasibətlərin xarakterinin dəyişməsi diplomatiyadan adekvat cavab tələb edir: beynəlxalq arenaya yeni dövlətlərin cıxması, Vestfal sisteminin tənəzzülü və qeyri-dövlət aktoralrının sayının artması diplomatik fəaliyyətə də təsir edir. Bu proseslər diplomatiydan cəld və adekvat transformasiya olunmağı tələb edir.
4) Konflikt və böhran vəziyyətlərinin tənzimlənməsi: bu müasir diplomatiyanın əsas vəzifələrindən biridir. Soyuq müharibədən sonra dünyanın bir çox bölgələrində müşahidə olunan etnik, dini və milli konfliktlər bu sahədə nəzəri və praktiki fəaliyyətinin aparılması və təcrübənin artırılmasını zəruri edir. Bununla bağlı yeni ifadələr: böhran diplomatiyası, preventiv diplomatiya, sülhməramlə fəaliyyət, humanitar müdaxilə- beynəlxalq münasibətlərdə öz əksini tapır.
5) Çoxplanlılıq: əvvəllər diplomatiya yalnız xarici siyasət və ticarətin tənzimlənməisnə yönəlmişdir, lakin xx ıı yarısından etibarən müzakirə olunan məsələrin əhatəsi genişlənmişdir. Yeni mövzulara tərksilah, ekoloji problemlər, terrorizmlə mübarizə, sosial məslələr, narkomaniya ilə mübarizə, qaçqınlar məsələsi aiddir. Müzakirə olunan məsələrin əhatəsinin artması diplomatiyanın yeni üsul və vasitələrinin də meydana çıxmasına təsir etmişdir.
6) Müasir dünyanın dinamikliyi diplomatiyanın informasiya-komunikativ funksiyasını dəyişib: telefon, faks, elektron poçt və internet kimi vasitələrin yaranması informasiyanın daha tez ötürülməsinə şərait yaratmışdır. Bu eyni zamanda bu cür məlumat ötürülməsinin təhlükəsizliyi məsələsini də meydana gətirmişdir.
7) Diplomatiyanın ikinci istiqamətinin meydana çıxması (Two Track Diplomacy): diplomatiyanının ənənəvi birinci istiqamətindən- rəsmi şəxslər, diplomatlar, fərqli olaraq, ikinci istiqaməti tədfqiqatçılar, alimlər, jurnalistlər, hətta idmançılar (Futbol diplomatiyası) və musiqi xadimləri təşkil edir. Bu növ diplomatiyadan adətən konfliktlərin həlli prosesində geniş istifadə olunur.
Bütün bu xususiyyətlərlə yanaşı diplomatiyanın əsas vəzifəsi dövlət maraqlarının qorunması və dövlətin təmsil olunması olaraq qalır.










