Beynəlxalq sistemin növləri və dəyişmə səbəbləri

Beynəlxalq sistemlərin müxtəlifliyinə baxmayaraq siyasi realizmə görə onların hamısının əsasında müəyyən sayda böyük dövlət, hakimiyyətə sahiblik, beynəlxalq konflikt və s. kimi anlayışlar durur. Məhz buna əsasən biqütb, çoxqütb, bərabərlik və imperiya sistemi anlayışları ayrılır. Bipolyar sistem – iki böyük dövlətin üstün olduğu sistemdir. Əgər digər dövlətlər də bu səviyyədə gücə sahib olursa, sistem çoxqütblülüyə transformasiya olur. Qüvvələr balansında – sistemdəki elementlər eyni səviyyədə təsir edirlər. İmperiya sistemində isə bir dövlət öz qaydalarını digərlərinə təlqin edir.

Kaplan sistemin altı növünü qeyd edir:

1)                  “Vahid veto sistemi” – hər bir aktorun öz vasitəsini istifadə edərək sistemi qapamaq imkanı var. Eyni zamanda qarşı tərəfin də mövcüd şantaja qarşı müqavimət imkanı olur. Hər bir dövlət özünü istənilən təqibdən qoruya bilir.

2)                  “Qüvvələr balansı sistemi” – çoxqütblülük ilə xarakterikdir. Kaplana görə belə sistemdə ən azı 5 böyük dövlət mövcud olmalıdır. Əgər sayları az olarsa sistem birqütbə çevrilir.

3)                  “Çevik bipolyar sistem” – burda aktor – dövlətlər və  yeni tip aktorlar – ittifaqlar, bloklar, bey təşkilatlar mövcuddur. Sistemdə fəaliyyət göstərən blokların təşkilindən asılı olaraq bu sistemin bir neçə növü var. O, möhkəm ierarxiya olunmuş və avtoritar ola bilər. Bu halda koalisiyanın rəhbəri digərlərinə təzyiq edir. Və ya o ierarxiya olunmamış ola bilər, bu halda blok dövlətlər arasında qarşılıqlı müzakirələr yolu ilə formalaşır.

4)                  “Sərt bipolyar sistem” – 3cü tiplə eyni konfiqurasiyaya malikdir. Lakin bu növ sərt ierarxiya olunub. Burda qoşulmayan və neytral dövlətlər olmur. Universal aktor bu istemdə məhdud rol oynayır və digərlərinə təzyiq imkanı olmur. Hər iki qütb çərçivəsində konfliktlər effektiv idarə olunur və davranışın diplomatik istiqamətləri formalaşır.

5)                  “Universal sistem” – demək olar ki, federasiyaya uyğun gəlir. Bu sistem eynicinsli siyasi beynəlxalq mühitin və universal və milli aktorlar arasında səmərəliliyin olmasını tələb edir. Belə sistemə BMT misal ola bilər, burda siyasi, iqtisadi, inzibati-idari sahələrdə inteqrasiya üçün əlverişli şərait olur. Beynəlxalq münasibətlər məhz onun müəyyən etdiyi və yerinə yetirməyə nəzarət etdiyi qaydalarla tənzim olunur.

6)                  “ieararxik sistem” – bu dünya dövlətini nəzərdə tutur. Burda milli dövlətlər öz əhəmiyyətini itirir və sadə ərazi vahidlərinə çevrilirlər. Hər bir mərkəzdənqaçma cəhdlərinin onlar tərəfindən qarşısı alınır.

Qüvvələr balansının pozulması beynəlxalq münasibətlər sisteminin strukturunun pozulmasına səbəb ola bilər, lakin onun əsasını böyük dövlətlərin üst-üstə düşməyən maraqlarının təşkil etməsi dəyişməz qalır. Məhz beynəlxalq sistemin struktur vəziyyəti onun dəyişməsinin və sabitliyinin, əməkdaşlıq və konfliktin əsas göstəricisi olub, sistemin fəaliyyət və transformasiya qanunlarını özündə əks etdirir. Raymond Aron üç struktur dəyişikliyini göstərir: 

  1. 1.      Qüvvələr balansının konfiqurasiyası – bu aktorların sayından və onlar arası əlaqədən asılıdır.
  2. 2.      Aktorların iyerarxiyası – onların faktiki qeyri bərabərliyini göstərir.
  3. 3.      Tərkibin homogenliyi və ya heterogenliyi – birinci aktorlararası razılığın səviyyəsini, ikinci isə xaotikliyi, qeyri-stabilliyi ifadə edir

Tədqiqatçıya görə bu xarakterlər bütün növ sistemlərin strukturunu təsvir etməyə və nəticədə mövcudluq və dəyişiklik qanunlarını meydana çıxarmağa kömək edir.

Beynəlxalq sistemin formalaşma və transformasiya qanunlarının məzmunu mübahisəli olsa da, əsas üstünlük bipolyar və multipolyar sistemə verilir. Aron bipolyar sistemi qeyri-stabil hesab edir, qütblərin bir-biri üçün qorxu olduğunu bildirirdi.  Kaplana görə isə  multipolyar sistem özündə müəyyən risklər ehtiva etsə də, bipolyarla müqayisədə az təhlükəlidir. Bipolyar daha qorxuludur, çünki hər iki qütb dünya ekspansiyasına meyllidir. Kaplan sistemin stabilliyi üçün  6 qayda irəli sürür:

  1. 1.      öz imkanlarını danışıqlar yolu ilə genişləndirmək
  2. 2.      öz imkanlarını genişləndirə bilməməkdənsə, müharibə etmək
  3. 3.      böyük dövləti məhv etməkdənsə, müharibəyə son qoymaq
  4. 4.      hakimliyə can atan istənilən koalisiya və millətə qarşı müqavimət
  5. 5.      dövlətin yüksək hakimiyyətə ( təşkilatlara ) tabe olması ideyasını yaymaq
  6. 6.      bütün böyük dövlətlərə əməkdaş kimi yanaşmaq

Beynəlxalq sistemin transformasiyasının əsas qanunu beynəlxalq sistemin qütblüyü və stabilliyi arasındakı ziddiyyətdir. Kaplan qeyd edir ki, çevik bipolyar sistem əgər iyerarxiya olunmamış bloka əsaslanırsa o, multipolyara çevriləcəkdir. Əgər hər iki blok iyerarxiyaya meylli olarsa, sistem ya sərt bipolyara, ya da iyerarxik beynəlxalq sistemə transformasiya olacaq. Çevik bipolyar sistemdə bir blokun digərini tabe etməsi, total müharibə kimi risklər var ki, bu ya iyerarxiyaya, ya da anarxiyaya səbəb olur. Stabilliyi saxlamağın əsas yolu kimi Kaplan qüvvələr balansını saxlamağı görür, çünki əgər 3-cü qütb yaranarsa, bu disbalansa nəticədə sistemin dağılmasına səbəb olacaq.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.