Archive by Author |

What is behind the onset of negotiations between the EU and Azerbaijan on Association Agreement?

In this note, I am going to explore the reason behind the onset of negotiations between the EU and Azerbaijan on Association Agreement. On 16 July 2010, the EU started discussions with Azerbaijan on Association agreement. The next round of discussions was held recently. In the following sentences, I argue that the start of next round of negotations at the time of increasing political tension in domestic politics is meaningful and can be explained as the EU’s ‘carrots’. Before that in order to have a full picture of processes, firstly, I would like to briefly go through ‘conditionality’ – one of three fundamental principles (Conditionality, Differentiation and Compartmentalization) upon which the EU’s strategy towards Central and Eastern European countries, as well as, South Eastern European countries has always been based, and ‘carrots’ and stick’. Ardı…

Həqiqətən, sosial şəbəkələr milli təhlükəsizliyimizə təhdiddirmi?

Son 7 ildə  dünyanın müxtəlif ölkələrində baş verən siyasi hadisələr zamanı əhalinin mobilizasiyası sosial şəbəkələr vasitəsi ilə həyata keçirildi. Misal üçün, 2009-cu ildə İran İslam Respublikaslndakı prezident seçkilərindən əvvəl və sonra baş verən hadisələr zamanı, Çinin uyğurlar yaşayan Şərqi Türküstan ərazisində baş verən etnik qarşıdurma zamanı və ya Moldovada və digər post Sovet ölkələrində “narıncı inqilab”lar zamanı lazımi kütlənin cəlb edilməsi və informasiyanın dünyaya çatdırılmasında sosial şəbəkələrin müstəsna rolu olmuşdur. Son aylarda Yaxın və Orta Şərqdə baş verən inqilablar və davam etməkdə olan çıxışlar sosial şəbəkələrin bu sahədə xidmətinin ən yüksən nöqtəsi oldu.  Son aylarda baş verən hadisələrin fonunda Azərbaycanda sosial şəbəkələrin “neqativ” təsirləri barəsində cəmiyyətin müxtəlif təbəqələri daxil olmaqla, xüsusilə, rəsmi dairələr tərəfindən bəzən, yumşaq dil ilə desək, ən kəskin fikirlər səsləndirilməyə başlanıldı. Sosial şəbəkələrin öllkənin milli təhlükəsizliyinə zidd olması və xaricdən idarə olunması barədə bəyanatlar bildirildi. Bu bəyanatlar ölkənin ictimai-siyasi həyatında 7 Noyabr Parlament seçkilərindən bir müddət öncə başlayan və hal-hazırda da enmə xətti üzrə getdiyi iddia edilə bilməyən fəallıq/canlanma ilə üst-üstə düşməkdədir.  Həqiqətən, facebook və ya başqa sosial şəbəkələr milli təhlükəsizliyə təhdidmidir? Bu suala cavab vermək üçün sosial şəbəkələrin cəmiyyətin həyatında tutduğu yeri təhlil etmək istərdim.

Ardı…

Əfqanıstanda Taliban rejimi

Taliban rejimi oncəsi vəziyyət məhz onların hakimiyyətə gəlməsinə əsas verdi.. Bu vəziyyəti nəzərdən keçirək. 1992-ci ilin aprelində Əfqanıstanda on dörd il mövcud olmuş rejimə (1978-ci il 27 aprel çevrilişi ilə ƏXD hakimiyyəti) son qoyuldu. Başlanğıcı 1992-ci ildən S.Mücəddidi – Q.Hikmətyar münaqişəsi ilə qoyulmuş etnokonfessional münaqişələr getdikcə güclənirdi. B.Rəbbani Kabildə öz hakimiyyətini bərpa edə bildisə də, lakin artıq 1993-cü ilin sonlarında ölkənin ayrı-ayrı hissələrinə müxtəlif qruplaşmalar nəzarət edirdilər. Bu zaman puştu kökənli siyasi qüvvələrin  fəallaşması daha çox özünü göstərirdi. Onlar ölkədə siyasi stabilliyin yaradılması yollarından birisi kimi keçmiş kral Məhəmməd Zahir şahın hakimiyyətinin bərpası ideyasını gündəliyə gətirdi. 1994-cü ilin sonlarında M.Zahir şahın yaxın adamları əsas mücahid qruplaşmalarından  «İslam Cəmiyyəti», «İslam Partiyası», «Milli İslam Cəbhəsi» və «Vəhdət»in nümayəndələri ilə görüşdülər. Görüşün əsas məqsədi Əfqanıstanda mövcud olan vəziyyətin nizama salınması idi. Bu görüş BMT-in bayrağı altında keçirilirdi. 1994-cü ilin sentyabrından 16 oktyabrına kimi davam edən danışıqlar uğursuzluqla nəticələndi. Lakin məhz həmin arada Əfqanıstanda taliban[1] hərəkatının meydana gəlməsi «üçüncü» qüvvə liderlərinin ümidlərinə yeni bir güc verdi. Hərəkatın yarandığı ilk gündən onlar  təbliğ etməyə başladılar ki, talibançılar: «təmiz islamçı» və «əsl milli» qüvvələrdir, talibanlar siyasi qüvvə yox, sırf hərbi qüvvədir, onlar keçmiş kralın hakimiyyətə gəlməsi yolunu hazırlayan öncül dəstələrdir.

Ardı…

Cənab Prezidentə dəstək olaq! Onun xahişinə cavab verək! (Qazax çıxışının kontent və koqnitiv təhlili)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 9-da Qazaxa rayonunda səfərdə olmuşdur. Səfər çərçivəsində Qazax rayonu ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edən cənab Prezident bir sıra ənənəvi məsələlərə toxunmuş və müəyyən reformlardan xəbər vermişdir. Xüsusilə, azad sahibkarlığın qarşılaşdığı prob lemlər (bürokratik, korrupsiya və s.) və korrupsiya ilə münarizə cənab Prezidentin gündəmində idi. Çıxışı ünvanlandığı auditoriyaya görə bir neçə hissəyə ayırmaq olar. Çıxışın il 4 dəqiqə 20 saniyəsi və son 5o saniyəsi Qazax rayonu əhalisinə ünvanlanmışdır. 12 dəqiqə 35 saniyəlik çıxışın 7.dəqiqə 25 saniyəsini  isə (4.20-11.45) ölkədəki  ümumi vəziyyətə həsr edən cənab Prezident bütün xalqı narahat edən müəyyən məsələlərə toxundu. Çıxışın ümumi ölkədəki vəziyyətdən bəhs edən hissəsini də bir neçə yerə bölmək olar. İlk olaraq Cənab Prezident ölkədə həyata keçirilən sosial siyasətdən və sosial vəziyyətdən bəhs etdi, iqtisadiyyatın planlı həyata keçirilməsi  və sosial təminatların artırılmasının vacibliyini vurğuladı:

Ardı…

Azərbaycanda Yeni Media, Siyasət və Gənclər

Dünyada kütləvi kommunikasiya vasitələrində 90-cı illərin ortalarından başlayan və 2000-ci illərin əvvələrində özünü daha aydın göstərən  dəyişikliklər Azərbaycanda da cəmiyyətin sosial həyatına və siyasətə öz təsirini 2006-cı ildən daha aydın göstərməyə başlamışdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da Facebook, Twitter,YouTube, WordPress, Linkedin, Yahoo, Flickr, Hi5, Myspace, Blogger, AOL, VİMEO və sairə yeni media platformaları çox istifadə edilir. Bu, əlbəttə, bir tərəfdən həmin platformaların verdiyi imkanlar və digər tərəfdən onların bütün dünyada məşhur olması ilə bağlıdır. Ukrayna, Gürcüstan, Moldovada və qismən Qırğızıstanda baş verən “narıncı inqilab”lar zamanı təbliğat və təşviqat işi Facebook və Twitter kimi  sosial şəbəkələr vasitəsi ilə aparılmışdı. İran İslam Respublikasında son prezident seçkiləri zamanı və 2006-cı ildə Cənubi Azərbaycandakı kütləvi ayaqlanma və nümayişlər məhz bu yeni media vasiyələri ilə işiqlandırılmışdı. Eynilə Çinin şimal qərbində – şərqi Türküstan ərazisində çinlilər və uyğurlar arasındakı etnik toqquşma zamanı da bu sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyəti hadisələrdən xəbərdar olmuşdur.

Ardı…

Dərbənd Tarixi Geosiyasi durumun simvolu kimi

Geosiyasi durum uzun zaman ərzində az və tədricən dəyişikliklərə uğrayan faktorur. Hər bir bölgənin onun geosiyasi durumunu göstərən simvolu vardır. Misal üçün, Meksikanın şimalındakı 3000 km uzunluğundakı sədd və ya Böyük Çin səddi, Türkiyənin güney-doğusundakı Kandil dağı və s. Azərbaycanın geosiyasi durumunu göstərən belə simvol isə Dəmir qapı Dərbənddir. Bu daima Şimaldan gələcək təhlükəyə həyəcan siqnalıdır. Hələ Albaniya dövlətinin mövcud olduğu dövrlərdə (e.ə. IV – e.VIII) Şimaldan daima Xəzər tayfalarının hücumları olmuşdur. Daha sonra ərəblərin Albaniyanı işğalından sonra da bu hücumlar davam etmişdir. Ərəblər və Xəzərlər arasında 100 ilə qədər fasilələrlə davam edən müharibələr olmuşdur. VII əsrin 40-cı illərində baş vermiş ilk Bələncər döyüşündə və 653-cü ildə baş vermiş ikinci Bələncər döyşündə də ərəblər məğlub olmuşdur. Ərəb xilafəti dağıdıqdan sonra IX əsrin sonu – X əsrin əvvəllərindən şərq slavyanlarının Azərbaycana yürüşləri başlayır. 909, 910, 914, 944, 1030 və 1032-1033-cü illərdə Azərbaycan ərazisi şimaldan slavyanların hücumlarına məruz qalmışdır. Şimaldan Azərbaycan ərazisinə növbəti hücum Hülakilər dövründə oldu. Ardı…

İraq böhranı (Araşdırma)

2003-cü il martın 20-dən mayın 1-ə qədər ABŞ-ın rəhbərliyi ilə həyata keçirilən İraqın işğalı əməliyyatında ilk əvvəllər ABŞ ilə yanaşı yalnız B.Britaniya, Avstraliya, Polşa iştirak edirdi. Sonradan ABŞ-ın İraqı işğalı kompaniyasına dəstək verən dövlətlərin sayı 49 çatdı. Bu 49 dövlətdən ABŞ ilə yanaşı yalnız 6 dövlət işğal qoşunları göndərdi. Bunlar Birləşmiş Krallıq, İspaniya, Avstraliya, Polşa, Portuqaliya və Danimarka idi. 33 dövlət isə kiçik sayda hərbiçi göndərməklə kifayətləndi. 6 dövlət isə ümumiyyələ hərbi qüvvə ilə iştirak etmədi. Birləşmiş Ştatlar İraqın işğalına bir neçə məsələ ilə bəraət qazandırırdı:

  • Birincisi, ABŞ iddia edirdi ki, İraqda kütləvi qırğın silahları (kimyəvi, bioloji silahlar) vardır. O, bu silahları İran – İraq müharibəsi zamanında Qərbin ona verdiyi texnologiya sayəsində yaratmışdır.
  • İkincisi, ABŞ İraqla ƏL-Qaidə arasında əlaqələrin olduğunu, İraqın Əl-Qaidə militanlarına təlim keçdiyini qeyd edirdi və İraq 1990-cı ildən terroru himayə edən dövlətlər siyahısına salmışdı.
  • Üçüncüsü, ABŞ İraqda insan hüquqlarının kütləvi şəkildə pozulduğunu, xüsusilə də, kürd və şiə ərəblərə qarşı, əsas gətirirdi.
  • Bütün bunlarla, yanaşı İraq BMT-nin TŞ-nın tərəfindən qəbul olunmuş 16 qətnamənin tələblərini yerinə yetirmirdi və bu səbəbdən 1998-ci il 16-19 Dekabrda rəsmi olaraq İraqın BMT-nin TŞ-nın qətnamələrinin tələblərinə tabe olmaması və ölkədən BMT-nin inspektorlarını qovmasına cavab olaraqa “Səhrada Tülkü” əməliyyatı həyata keçirilmişdir. UNSCOM-un (BMT Komissiyası) rəhbəri Riçard Butler isə bildirmişdir ki, Komissiya üzvləri İraqdan qovulmamışdır. ABŞ səfiri Peter Burlegh ona zəng edib Vaşinqtonun əməliyyatı barədə xəbər vermiş və Komissiya üzvlərinin təhlükəsizlikləri üçün İraqdan çıxmalarının lazım oluğunu bildirmişdir.

Ardı…

Türkiyədə nə baş verir? 3

Bu artıq Türkiyədə son dövrlərdə baş verən proseslərlə bağlı yazdığım üçüncü yazıdır. Ümumiyyətlə, Türkiyədə son 3 ildə baş verən hadisələrin əsası AKP-nin hakimiyyətə gəlməsindən bir müddə sonra başlamışdır. Daha da açıqlasaq, AKP-nin oynunun 2004-cü illərdən əsası qoyulmuşdur. Bir müddətdir ki, hadisələrin müəyyən bir fazasının başa çatmasını və bundan sonra bu məqaləni yazmağı gözləyirdim. Hadisələr hələ bundan sonra da uzun bir müddət davam edəcəyini düşündüyüm üçün bu yazını yazmaq qərarına gəldim. 2007ci ildə Türkiyədə keçirilən prezident seçkilərindən sonra artıq düyməyə basılmış və Ergenekon əməliyyaı başladılmışdır. Müxtəlif təbliğat vasitələri ilə aparılan psixoloji hərəkat da bu əməliyyata dəstək verir və Ergənəkon adlanan Gladio tipli bir təşkilatın mövcudluğu xalqa inandırılmağa çalışılır. 11-12 həbs dalğası ilə müşayət olunan Ergənəkon əməliyyatı 2009-cu ilin ortalarından işi daha da dərinə götürmək məqsədilə yeni fazaya daxil oldu. Bu, Dursun Çiçəyin “islak imza”sı ilə bağlı yeni bir oyun idi.

Ardı…

Qarabağ Konflikti üzərinə

Artıq 18 il keçməsinə baxmayaraq hələ də erməni işğalı altında olan Qarabağ ilə bağlı bir çox məsələlər ictimaiyyətin diqqətindən kənardır. İlk öncə  məsələnin adının müəyyənləşdirilməsi ilə bağlı bir neçə kəlmə yazmaq istəyirəm. Rəsmi olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsi adlanması Azərbaycanı o baxımdan razı salır ki, konflikt yalnız Dağlıq Qarabağ adlanan əraziyə adi edilir və bununla da, ətraf 7 rayon olaraq göstərilən ərazilər konflikt zonasına aid edilmir və işğal olunmuş ərazi kimi Ermənistan və digər aktorlar tərəfindən qəbul edilir. Artıq bu bölgünün özündən iki anlayışın olduğu meydana çıxır. İşğal olunmuş ərazilər bir dövlət tərəfindən digər dövlətin tarixən sahib olduğu və hazırda da tərkibinə daxil olan işğal olunmuş ərazilərinı deyilir. Konflikt əraziləri isə iki dövlət arasında tarixin hansıda dövründə mübarizəyə səbəb olmuş və hazırda da davam edən ərazilərə deyilir. Adətən bu cür ərazilər iki dövlət arasında yerləşir və hər iki dövlətlə birbaşa sərhəddi olur və tarixən hər iki millət tərəfindən məskunlaşmış olur.  Dağlıq Qarabağ adlanan əraziyə bu yanaşma aid edilir. Yəni, Dağlıq Qarabağ tarixən hər iki millət tərəfindən məskunlaşmış mübahisəli ərazi kimi göstərilir, işğal olunmuş ərazilər kimi deyil. Beləliklə də, ətraf  7 rayonun işğalı tanınsa da, Dağlıq Qarabağ adlanan ərazinin işğal olunmuş ərazi deyil, tarixən mübahisəli ərazi olması qəbul edilir. Qarabağın bu cür iki hissəyə ayrılması daha bir baxımdan ermənilərin işinə yarayır. Əgər işğal edilmiş ətraf 7 rayon və Dağlıq Qarabağ adlanan ərazi birlikdə götürülərsə, ermənilər bu bölgədə Azərbaycan türklərindən sayca az olarlar. Dağlıq Qarabağ və ətraf 7 rayon bölgüsü etməklə ermənilərin müəyyən bir ərazidə çoxluq təşkil etmələri və beləliklə də, öz müqəddaratını müəyyən etmək haqlarının olduğunu diqqətə çatdırmaq məqsədi hədəfinə çatmışdır. Tarixən bu bölgədə bu şəkildə bölgü aparılmamışdır. Doğrudur, Dağlıq Qarabağ və Düzən Qarabağ olaraq Qarbağ tarixən iki hissəyə bölünmüşdür. Lakin Dağlıq Qarabağ indiki iddia edilən əraziləri deyil, daha geniş əraziləri əhatə edirdi. Bu yanaşma məsələnin həlli zamanı təklif olunan yollarda öz əksini tapmışdır. Bildiyimiz kimi məsələnin həlli kimi 3 yol təklif olunmuşdur: Paket həll, Ümumi Dövlət, Mərhələli həll. Nəticə olaraq, tərəflər mərhələli həll yolu üzərində razılaşmış və hazırda da danışıqlarda ilkin anından fərqli olan “Mərhələli həll” yolu müzakirə edilir. Bu həll yolu ilk olaraq ətraf 5 rayonun – Zəngilan, Fizuli, Qubadlı, Cəbrayıl, Ağdam rayonlarının qaytarılmasını, daha sonra isə Kəlbəcər və Laçın rayonlarının qaytarılmasını, Azərbaycanlı köçkünlərin bu ərazilərə qayıtmasını nəzərdə tutur. Daha sonra isə Dağlıq Qarabağ adlandırılan əraziyə  Azərbaycan türklərinin köçürülməsi, müəyyən bir müddətə qədər burada erməni hökümətinin mövcudluğu və bir müddət sonra ərazidə referendum keçirilməsi müzakirə olunur. Buradan da göründüyü kimi Dağlıq Qarabağ və ətraf 7 rayon bölgüsü tamamilə ermənilərin xeyrinə işləyən bir məsələdir. Yuxarıda qeyd etdiyim kimi bu bölgü ilə “ermənilərin öz müqəddaratını həll etmə haqqı” əsaslandırılmış olur. Doğru olan isə danışıqlar zamanı Azərbaycan tərəfinin Qarabağı ikiyə ayırmadan müzakirələr getməsi və məsələnin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsi deyil, Ermənistanın Azərbaycan torpaqlarının işğalı  adlandırılmasıdır. Əgər bilirdinizsə, çox yaxşı xatırlayarsınız ki, 90-ci illərdə danışıqlar zamanı Azərbaycan tərəfinin belə bir prinsipi var idi, ya bütün ərazilər qaytarılacaq ya yox. Artıq bu prinsip mövcud deyildir.

Milli Maraqlarımız

Milli Maraqlarımızın nə olduğuna diqqət yetirmədən öncə “milli maraq” anlayışına baxmağımız daha məqsədə uyğun olardı. Milli maraq anlayışı əsasən Siyasi realizm məktəbinin təqiqatçıları tərəfindən araşdırılmışdır və bu paradiqmanın əsas anlayışlarından birini, bəlkə də birinisini təşkil edir. “Milli maraq”la bağlı olan tədqiqatların çatışmaz cəhəti isə bu anlayışın yalnız dövlətə münasibətdə araşdırılmasıdır. Ənənəci olaraq “milli maraqlar”a aşağıdakıları aid edirlər.

1) Dövlətin suverenliyi

2)Dövlətin ərazi bütövlüyü

3)Dövlətin təhlükəsizliyi

4)Rifah

Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi bu maraqlar birbaşa dövlətin mövcudiyyət ilə bağlıdır və bu səbəbdən də qeyri iradi olaraq təmin olunması tələb olunur.

Ardı…

Follow

Get every new post delivered to your Inbox.