Novruz Salnamələri
Məmməd Əmin Rəsulzadə: “Martın 22-si səhər təbiətlə birgə yeni ruhla oyanmayan, Novruzun mahiyyətinə varmayıb, onu sadəcə mövsüm bayramı olaraq qəbul edən, bütün varlığı ilə yeni həyata başlamayan millət Novruza sahib çıxamaz. Bunun üçün türk olmaq gərəkir.”
Milli Fast Food-larımız
Son zamanlarda fast foodlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Sürətli həyat tərzi, fasiləsiz məşğuliyyət, zaman qıtlığı bizim yeməyə olan tələbatımızın fast foodlarla ödənilməsinə gətirib çıxardıb. Fast foodların sağlamlığa zərərli olduğunu hamımız bilirik, amma bunu hal hazırda müzakirə etmək fikrində deyiləm. Hər bir ölkənin öz milli mətbəxinə uyğun fast foodu vardır. Sadəcə bəzi hallarda xarici mətbəxlərdən gələn fast foodlar daha cazibədar göründüyü üçün milli mətbəxə aid olanları sıxışdırıb. Məsələn, Ardı…
Cümhuriyyət günümüzdə bütün Facebook-u üçrəngli bayrağımızla bəzəyək!!!
Dostlar, 28 May 1918-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Bugün hər bir Azərbaycanlının fəxri olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. İlk dəfə özümüzü bir millət kimi hiss edərək bu dövləti qurduq. Təəsüf ki, bu gün ölkəmizdə hal hazırda Cümhuriyyət yürüşləri, Bayram tədbirləri ilə qeyd olunmur. Gəlin, 28 May tarixində hər bir kəs ən azı 5 dəfə Azərbaycan Bayrağını profilində paylaşsın. Gəlin, həmin günü Facebook-u bayrağımızın rəngləri ilə bəzəyək. Bütün dünyaya bugünün bizim üçün olan əhəmiyyətini göstərək. Dostlarınızı da bizə qoşulmağa dəvət edin. Dilindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq bütün Azərbaycan türkləri, Azərbaycan xalqı, Azərbaycan sevərlər, hamınızı bu aksiyaya qoşulmağa dəvət edirik. Azərbaycanı sevməyimizin gücünü hər kəsə göstərək. Cümhuriyyətimizə sahib çıxaq!
Əziz dostlar, “Cümhuriyyət” bizi siyasi görüşümüzdən, əqidəmizdən, sosial statusumuzdan asılı olmayaraq birləşdirən məqamdır. Bacı və qardaşlarım, hər birinizi 28 May Cümhuriyyət gününü Cəm və Hürr qeyd etməyə çağırıram. Bu event-ə qoşulun və yaxın dostlarınızı da qoşulmağa dəvət edin. 28 May Cümhuriyyət gününə indidən hazırlaşaq.
Bizə yapışdırılmağa çalışılan hər cür siyasi ideologiyadan kənar, bizim olan, milli olan, doğru olan Cümhuriyyətə doğru Cümhuriyyət sevdası ilə Cəm və Hürr…
“Mən Cümhuriyyətçiyəm” deyə bilən hər kəs qoşulsun!
Bizə qoşulmaq üçün bura basın!!!
Cümhuriyyət günümüzdə bütün Facebook-u üçrəngli bayrağımızla bəzəyək!!!
ERMƏNİ – AZƏRBAYCAN MÜNAQİŞƏSİ və “DİFAİ” PARTİYASININ YARADILMASI
1905-ci ildə erməni – Azərbaycan ziddiyyətlərinin kəskinləşməsi milli-siyasi təşkilatın yaradılmasının zəruriliyini aşkar etdi. 1906-cı ildə fevralın 20-dən mart ayının 6-dək Tiflisdə canişin qraf Vorontsov-Daşkovun başçılığı ilə barışdırıcı qurultay keçirilir. Bu qurultayda görkəmli Azərbaycan ziyalıları Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Adilxan və İsmayılxan Ziyadxanovlar, Qarabəy Qarabəyov və digərləri iştirak edirdi. Azərbaycan nümayəndələrinin çıxışlarında milli qüvvələrin birləşməsi, xalqın mənafelərinin müdafiəsi və onun təhlükəsizliyi üçün təşkilatların, o cümlədən siyasi təşkilatların rolu xüsusi qeyd olunmuşdur. Ardı…
Azərbaycan neftinin tarixi

Azərbaycan neftinin tarixi çox qədilərə qədər gedib çıxır. Belə ki, hələ e.ə. VI-V əsrlərə dair mənbələrdə göstərilir ki, müasir Cənubi Azərbaycanın ərazisində mövcud olmuş Atropatena da Xəzər dənizi sahillərində əhali neft çıxarma ilə məşğul olurdu. Mənbələrdə həmin neft “Midiya yağı” adlanır. Lakin ölkəmizdə neftin çıxarılmasına dair daha geniş faktlara ərəb istilası dövründə rast gəlmək mümkündür. IX əsrdə ərəb tarixçisi və coğrafiyaşünası Əhməd Əl-Bəlaruri Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmişdir.
Ardı…
Should prisoners involved into civic participation in Azerbaijan?

In England and Wales 59% of all prisoners, 74% of 18 to 20 year olds and 845 of juveniles are currently reconvicted within two years of release. Released inmates are estimated to commit at least one million offences a year, which represents 18% of recorded crime. (http://www.isrcl.org/Papers/2006/Cavadino.pdf). According to this fact, it can be inferred that majority of released prisoners commit or re-perpetrate their actions after returning back to their communities. Due to a host of issues, including mental health or substance abuse problems, it is estimated that about 50 percent of inmates will repeatedly return to the prison system. Sadly, even in the best of circumstances, reintegration is tough for prisoners and repeated felony committed by prisoners is increasing throughout the world. This trend will continue unless certain actions are taken into consideration, otherwise our mankind will have to face another tough challenge. Due to solve this issue, it is vital of importance to engage inmates into civic participation, community services and teach them new skills. Thus following tasks should be implemented in order to involve inmates into civic participation.
Azərbaycan qavramında Milliyətçilik
Son dövrlərdə milliyətçi olmaq və milliyətçi olmamaq bölgüsü edilir. Milliyətçi nədir Azərbaycan üçün və ya nə olmalıdır? Bizim “millət” anlayışımız Qərbin “millət”anlayışından köklü sürətdə fərqlənir.Ona görə də “milliyətçi” sözü də Azərbaycanda fərqli iki “millət” anlayışı üzərində qurulmuşdur. İngilis dili və sairə eyni qrupa aid olan dillərdə bizim Millət sözünün qarşılığı kimi tərcümə etdiyimiz “Nation” sözü daşıdığı məna yükü baxımından “Millət” sözündən bir xeyli fərqlənir. Belə ki, “Nation” sözü həm də “Dövlət” mənasın daşıyır.














