Həqiqətən, sosial şəbəkələr milli təhlükəsizliyimizə təhdiddirmi?
Son 7 ildə dünyanın müxtəlif ölkələrində baş verən siyasi hadisələr zamanı əhalinin mobilizasiyası sosial şəbəkələr vasitəsi ilə həyata keçirildi. Misal üçün, 2009-cu ildə İran İslam Respublikaslndakı prezident seçkilərindən əvvəl və sonra baş verən hadisələr zamanı, Çinin uyğurlar yaşayan Şərqi Türküstan ərazisində baş verən etnik qarşıdurma zamanı və ya Moldovada və digər post Sovet ölkələrində “narıncı inqilab”lar zamanı lazımi kütlənin cəlb edilməsi və informasiyanın dünyaya çatdırılmasında sosial şəbəkələrin müstəsna rolu olmuşdur. Son aylarda Yaxın və Orta Şərqdə baş verən inqilablar və davam etməkdə olan çıxışlar sosial şəbəkələrin bu sahədə xidmətinin ən yüksən nöqtəsi oldu. Son aylarda baş verən hadisələrin fonunda Azərbaycanda sosial şəbəkələrin “neqativ” təsirləri barəsində cəmiyyətin müxtəlif təbəqələri daxil olmaqla, xüsusilə, rəsmi dairələr tərəfindən bəzən, yumşaq dil ilə desək, ən kəskin fikirlər səsləndirilməyə başlanıldı. Sosial şəbəkələrin öllkənin milli təhlükəsizliyinə zidd olması və xaricdən idarə olunması barədə bəyanatlar bildirildi. Bu bəyanatlar ölkənin ictimai-siyasi həyatında 7 Noyabr Parlament seçkilərindən bir müddət öncə başlayan və hal-hazırda da enmə xətti üzrə getdiyi iddia edilə bilməyən fəallıq/canlanma ilə üst-üstə düşməkdədir. Həqiqətən, facebook və ya başqa sosial şəbəkələr milli təhlükəsizliyə təhdidmidir? Bu suala cavab vermək üçün sosial şəbəkələrin cəmiyyətin həyatında tutduğu yeri təhlil etmək istərdim.
Cənab Prezidentə dəstək olaq! Onun xahişinə cavab verək! (Qazax çıxışının kontent və koqnitiv təhlili)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 9-da Qazaxa rayonunda səfərdə olmuşdur. Səfər çərçivəsində Qazax rayonu ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edən cənab Prezident bir sıra ənənəvi məsələlərə toxunmuş və müəyyən reformlardan xəbər vermişdir. Xüsusilə, azad sahibkarlığın qarşılaşdığı prob lemlər (bürokratik, korrupsiya və s.) və korrupsiya ilə münarizə cənab Prezidentin gündəmində idi. Çıxışı ünvanlandığı auditoriyaya görə bir neçə hissəyə ayırmaq olar. Çıxışın il 4 dəqiqə 20 saniyəsi və son 5o saniyəsi Qazax rayonu əhalisinə ünvanlanmışdır. 12 dəqiqə 35 saniyəlik çıxışın 7.dəqiqə 25 saniyəsini isə (4.20-11.45) ölkədəki ümumi vəziyyətə həsr edən cənab Prezident bütün xalqı narahat edən müəyyən məsələlərə toxundu. Çıxışın ümumi ölkədəki vəziyyətdən bəhs edən hissəsini də bir neçə yerə bölmək olar. İlk olaraq Cənab Prezident ölkədə həyata keçirilən sosial siyasətdən və sosial vəziyyətdən bəhs etdi, iqtisadiyyatın planlı həyata keçirilməsi və sosial təminatların artırılmasının vacibliyini vurğuladı:
QDİƏ-nin yaradılması, məqsədləri və orqanları
TƏŞKİLATIN YARADILMASI:
QDİƏ 1992-ci il iyunun 25-də İstanbulda 11 dövlət – Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumınıya, Rusiya, Türkiyə, Ukrayna və Yunanıstanın Dövlət və Hökumət başçıları tərəfindən QDİƏ üzrə Zirvə Bəyannaməsinin (sonradan İstanbul Bəyannaməsi kimi istinad edilir) imzalamaları ilə yaranmışdır. Bu dövlətlər dır. İstanbul Bəyannaməsi ilə bərabər həmin tarixdə həmin ölkələrin Dövlət və Hökumət başçıları tərəfindən Bosfor Bəyanatı da imzalanmışdır. Ardı…
Azərbaycan Respublikası və Qara Dəniz İqtisadi Əməkdaşlığı
Azərbaycan Respublikası QDİƏ-nın həmtəsisçilərindən biridir. O, 25 iyun 1992-ci ildə həm İstanbul Bəyannaməsini, həm Bosfor Bəyanatını, həm də 5 iyun 1998-ci ildə Yaltada QDİƏ-nın Nizamnaməsini imzalayan tərəflərdən biri olmuşdur. Ardı…
Azərbaycan beynəlxalq hökumətlərarası təşkilatlar sistemində (BMT, ATƏT, AŞ, Aİ, NATO)
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox problemlərlə üzləşdi. Bu problemlərin ən başlıçası Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi. Məhz öz ərazi bütövlüyünü qorumaq, onun beynəlxalq hüquq normaları çərçivəsində tanıtmaq üçün bir çox beynəlxalq təşkilatlara üzv olmağa səy göstərdi. Ardı…
İtaliya Avropa İttifaqında
İtaliya 1957-ci ildə Avropa Cəmiyyətinin (Community) əsasını qoyan 6 dövlətdən biridir. 58 milyon əhalisi ilə Aİ-nın ən böyük dövlətlərdən olan İtaliya eyni zamanda Avropa Parlamentində ən çox nümayəndə baxımından təmsil olunan ölkələrdəndir. Amma sirr də deyil ki, İtaliayanın Aİ-na verdiyi dəstək heç də onun daxilində birtərəfli qarşılanmır. Məsələn, İtaliya Aİ-nın ən böyük üzvləri arasında yeganə dövlətdir ki, 2005-2006-cı illərdə ölkənin ÜDM nəinki, artmamış, hətta azalmışdı (İtaliyada 0.5 % azalıb, Fransa və Almaniyada müvafiq olaraq 1,7 və 1,1 % artmışdır). Ardı…
Tibet Münaqişəsi və Hind – Çin qarşıdurmasının səbəbləri
Hər halda Hind – Çin münasibətləri heç də adi bir formada yaranmadı. Hər ikisi də Himalayın dağlıq rayonlarında sərhədlərin təhlükəsizliyindən narahat idilər. Hind hökuməti bu ərazidə təhlükəsizlik sistemi yaratmışdı. 1949-1950-ci illərdə Hindastan Himalay dağlarının cənub-qərb qollarındakı (Butan və Sikom) keçmiş Britaniya mülkləri ilə müqavilələr imzalamışdı. Birinci Hindistana öz xarici siyasəti üzərində nəzarət hüququ vermişdi, ikinci isə rəsmi olaraq Hindistanın protektoratı olmuşdur. Hindistan və Nepal arasında xüsusi əlaqələr quruldu. Nepal müstəqilliyini qorusa da, Dehli ilə sıx siyasi münasibətlərə dair müqavilə imzaladı. Gizli məktib mübadiləsi əsasında Hindistan və Nepal faktiki olaraq hərbi siyasi müttəfiqlik xarakteri daşıyan əlaqələr qurmuşdular. Ardı…
Tunisdə “Yasəmən” inqilabı

1987-ci ildə qansız inqilabla hakimiyyətə gələn Zeynəlabdin Bin Əli “Təhsilli işsizlərə” məğlub oldu. Tunis lideri Bəsrə körfəzi ölkələrindən birinə qaçdı
Tunisdə keçən ay universitet məzunu bir gəncin intiharıyla başlayan “təhsilli işsizlər” üsyanı şagirdlərin və həmkarlar ittifaqlarının da dəstəyiylə böyüyərək ölkəni 23 ildir dəmir yumruqla idarə edən prezident Zeynəlabidin Min Əlinin iqtidarının axırına çıxdı. Zeynəlabidin Bin Əli hakimiyyətdən əl cəkəcəyini açıqlasa da nümayişlər dayanmadı və nəticə etibarı ilə o ölkəni tərk etdi. Bin Əliin yerinə hakimiyyəti müvəqqəti olaraq baş nazir Məhəmməd Qannuşi öz üzərinə götürdü götürdü. Ancaq bu ani dəyişməni qəbul etməyən müxalifət, Bin Əli rejiminin tamamilə getməsini tələb edir və bu məqsədlə də bu gün mülki üsyan başladılacağını bildirib.
Nümayişlərin son bir həftədə artmasından sonra Bin Əli əvvəlki axşam televiziyada cıxış edərək 2014 seçkilərində təkrar namizəd olmayacağını bildirib. Vətəndaşlara “Sizi eşitdim, sizi başa düşürəm” deyən prezident mətbuat və internetdəki bütün senzura və təzyiqi qaldırmağa da söz verib. Ancaq bu tarixi şərhlər hirsli gənclərin üsyanını bitirmək ücün kifayət olmadı. Tunis küçələrində dünən səhərdən etibarən nümayişlər təkrar başladı.
Ardı…
Yeni bir ölkə yaranır

Iki milyon vətəndaşını daxili münaqişəyə qurban verən Sudanın cənub hissəsi müstəqil dövlət olmaq istəyir …
Iki milyon vətəndaşını daxili münaqişəyə qurban verən Sudanda cənubda yaşayan xristian qisim Əl Bəşir rəhbərliyindən ayrılmaq üçün referenduma gedir. Eyni zamanda Əl Bəşir də ayrılıqdan yanadır. Bu “ayrılıq” 193′üncü ölkəni yaradacaq.
Dünya 2011-ci il ilə birlikdə yeni bir dövlətin yaranmasına hazırlanır. 2 milyon adamın qətlə yetirildiyi daxili münaqişədən sonra Şimal və Cənub olaraq ikiyə ayrılan Sudanda Cənubda yaşayan xristian xalq, BMT-nin 2005-ci ildə önlara tanıdığı öz müqəddəratını müəyyənləşdirmək hüququna (Self determination) uyğun olaraq 9 Yanvarda referenduma gedir.
Beynəlxalq müşahidəçilərə görə 1 həftə davam edəcək referendumda qətiyyən ayrılıq qərarı çıxacaq. Bunun üçün referenduma iştirakın 60 faiz olması kifayətdir. Yəni Cənubi Sudan dövlətinin BMT tərəfindən də 193′üncü ölkə olaraq dərhal tanınması gözlənilir. Dünyada 195 ölkə var. Ancaq bunların 192′si BMT tərəfindən tanınır.
Referendum qərarı Sudan hökuməti tərəfindən də dəstəklənir. Sudan prezidenti Ömər Əl Bəşir, dünən verdiyi açıqlamada, referendum qərarına əməl edəcəyini elan etdi. Zəngin neft yataqlarına baxmayaraq Cənubi Sudanın müstəqilliyə qovuşması Əl Bəşirin də müəyyən problemlərini azaldacaq.















