Arxiv | International Organizations RSS for this section

NATO-nun yaradılması və əsas məqsədləri

1945 və 1949-cu illər ərzində Qərbi Avropa dövlətləri və onların Şimali Amerikadakı müttəfiqləri təxirəsalınmaz iqtisadi bərpa ilə məşğul olmaqla yanaşı, SSRİ-nin ekspansionist siyasət və metodlarını da yaxından izləyirdilər. Müharibə dövründə silahlı qüvvələrin azaldılması və demobilizasiya keçirilməsi üzrə qəbul edilmiş öhdəliklərini yerinə yetirən Qərb dövlətləri sovet rəhbərliyinin öz silahlı qüvvələrini bütöv əsasda saxlamaq istəyinə görə narahatçılıq keçirirdilər. Həmçinin Sovet İttifaqının rəhbərliyi altında Kommunist partiyasının ideoloji məqsədlə  dünyada yayılması şəraitində xarici təcavüz və ya daxili təxribatçılıq fəaliyyəti ilə üzləşmiş demokratik dövlətlərin milli suverenliyini BMT nizamnaməsinə və müha-ribənin sonunda  əldə edilmiş digər razılaşmalara əsasən müdafiə etməyin müm-künsüzlüyü özünü göstərməkdə idi. Mərkəzi və Şərqi Avropada, eləcə də  dünyanın digər bölgələrində antidemokratik idarə formalarının yaradılması və fəal müqavi-mətin yatırılması, vətəndaş hüquq və azadlıqlarının kobudcasına tapdalanması yeni narahatçılıqlar yaradırdı.

Ardı…

QDİƏ-nin yaradılması, məqsədləri və orqanları

TƏŞKİLATIN YARADILMASI:

QDİƏ 1992-ci il iyunun 25-də İstanbulda 11 dövlət –  Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumınıya, Rusiya, Türkiyə, Ukrayna və Yunanıstanın Dövlət və Hökumət başçıları  tərəfindən QDİƏ  üzrə Zirvə Bəyannaməsinin (sonradan İstanbul Bəyannaməsi kimi istinad edilir) imzalamaları ilə yaranmışdır. Bu dövlətlər dır. İstanbul Bəyannaməsi ilə bərabər həmin tarixdə həmin ölkələrin Dövlət və Hökumət başçıları  tərəfindən Bosfor Bəyanatı da imzalanmışdır. Ardı…

Azərbaycan beynəlxalq hökumətlərarası təşkilatlar sistemində (BMT, ATƏT, AŞ, Aİ, NATO)

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox problemlərlə üzləşdi. Bu problemlərin ən başlıçası Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi. Məhz öz ərazi bütövlüyünü qorumaq, onun beynəlxalq hüquq normaları çərçivəsində tanıtmaq üçün bir çox beynəlxalq təşkilatlara üzv olmağa səy göstərdi. Ardı…

İtaliya Avropa İttifaqında

İtaliya 1957-ci ildə Avropa Cəmiyyətinin (Community) əsasını qoyan 6 dövlətdən biridir. 58 milyon əhalisi ilə Aİ-nın ən böyük dövlətlərdən olan İtaliya eyni zamanda Avropa Parlamentində ən çox nümayəndə baxımından təmsil olunan ölkələrdəndir. Amma sirr də deyil ki, İtaliayanın Aİ-na verdiyi dəstək heç də onun daxilində birtərəfli qarşılanmır. Məsələn, İtaliya Aİ-nın ən böyük üzvləri arasında yeganə dövlətdir ki, 2005-2006-cı illərdə ölkənin ÜDM nəinki, artmamış, hətta azalmışdı (İtaliyada 0.5 % azalıb, Fransa və Almaniyada müvafiq olaraq 1,7 və 1,1 % artmışdır). Ardı…

Avropa İttifaqının beynəlxalq anti-terror əməliyyatlarında iştirakı

Artıq qeyd edildiyi kimi terrorizm hər hansı bir region üçün deyil, bütünlükdə dünya üçün təhlükə yaradan qlobal problemə çevrilib. Belə qlobal problemlərin həll edilməsində ayrı-ayrı dövlətlər və ya dövlətlər qrupunun səyi daha az səmərəlidir, nəinki bütün dünya dövlətlərinin birgə səyi. Bunun üçün də əgər Avropa İttifaqı ölkələri beynəlxalq terrorizm problemindən əziyyət çəkmək istəmirlərsə, o zaman digər beynəlxalq təşkilatlar (BMT, NATO və s.) və üçüncü ölkələrlə əməkdaşlıq etməlidirlər. Terrorizmlə mübarizə sahəsində Avropa İttifaqının digər beynəlxalq münasibətlərin aktorları ilə geniş şəkildə əməkdaşlığa başlaması 11 sentyabr hadisələrindən sonra daha da intensivləşdi. Ardı…

Avropa İttifaqının terrorizmlə mübarizəsinin hüquqi bazası

İlk olaraq qeyd etmək lazımdır ki, Avropa İttifaqı terrorizmi həm Avropanın, həm də digər regionların təhlükəsizliyi və stabilliyi baxımından ən böyük təhdidlərdən biri kimi görür. Ancaq İttifaq daxilində üzv ölkələrin bu təhdidə müxtəlif yanaşması bütövlükdə Avropa İttifaqının terrorizmlə mübarizədə uzunmüddətli fəaliyyəti yerinə baş vermiş hər hansı bir hadisəyə qarşı cavab vermə şəklindəki əməkdaşlığı meydana çıxardır. Üzv ölkələrin məhdud əməkdaşlığına baxmayaraq Avropa İttifaqı xüsusən də, 11 sentyabr hadisələrindən sonra təşkilat olaraq öz təsirini artırmaq üçün təhlükəsizlik, sağlamlıq, maliyyə və birlik hüququ kimi sahələrdə islahatlara başlayıb. Avropa İttifaqı eyni zamanda üzv olmayan digər ölkələr, BMT və NATO kimi beynəlxalq təşkilatlarla da bu sahədə əməkdaşlıq etməyə çalışır. Ardı…

Avropada təhlükəsizlik problemi və Aİ

Avropa tarixi, mədəniyyəti, adətləri ilə fərqlənən xüsusi bir coğrafi qitədir. Digərləri ilə müqasiyədə kiçik olmasına baxmayaraq çox zəngin milli mənsubiyyətə malik olan Avropa tarixən müharibələrin mərkəzi olub. Qədim Roma İmperiyasından Hunların Böyük Köçünə, Karl İmperiyasından Yüzillik Müharibəyə, XVII əsrdə mili dövlətlərin yaranmasından Böyük Fransa İnqilabına, Napoleonun yürüşlərindən Almaniya imperiyasının yaranmasına, Birinci Dünya Müharibəsindən İkinci Dünya Müharibəsinə qədər tarixin bütün mərhələləri Avropadakı müharibələrlə zəngindir. Amma bugün Avropa tarixdə heç olmadığı qədər stabil və təhlükəsizdir. Bəs Avropa buna necə nail oldu? Avropanın təhlükəsizlik problemlərinin həllində hansı addımlar atıldı? Ardı…

Avropada terrorist təşkilatlar və onlara qarşı mübarizə

Avropanın təhlükəsizliyi baxımından terrorla mübarizə “soyuq müharibənin” davam etdiyi dövrdən günümüzə qədər Avropa ölkələrinin və Avropa İttifaqının gündəmində olan bir mövzudur. İttifaqın gedərək genişlənməsi və vahid bazarın yaradılmasına keçidlə birlikdə həm teror aktları, həm də teror təşkilatları tərəfindən geniş imkanlar yaranmışdır. Bu problemlərlə bərabər olaraq qeyri-qanuni miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıq da Avropanın gündəmində olan mövzulara çevrildi. Ona görə də, Avropa Birliyinin (sonradan Avropa İttifaqının) terrorizmlə mübarizəsində yeni hüquqi və təşkilati baza yaradılması prosesi başlanmışdır. Xüsusən də, 11 sentyabr hadisələrindən sonra beynəlxalq terrorizmlə mübarizəyə dəstək verən Avropa ölkələrinin özündə gerçəkləşən terror aktları bu prosesi sürətləndirdi. Ardı…

NATO-nun genişləndirilmə strategiyası

“Soyuq müharibənin”bitməsi ilə yaranmış yeni şəraitə uyğunlaşmaq üçün NATO siyasətinin adaptasiyasına ehtiyac var idi. Bununla, Genişləndirilməsi Strategiyası məsələsi meydana çıxdı. Bu məsələ 1990 iyul NATO Şurasının London sessiyası ilə başlanmışdır. Şərti olaraq bu strategiyanın üç istiqamətini qeyd edə bilərik:

1) NATO-unu missiyasının genişlənməsi- müdafiə təşkilatından artıq hücum xarakterli təşkilata çevrilmə- bu əsasən bağlı idi: 90-cı illərdə siyasi-hərbi vəziyyətin dəyişməsi, lokal daxili və beynəlxalq münaqişələrin ön plana keçməsi, yeni çağırışların NATO-un hərbi təşkilat kimi gələcəyini şübhə altına alması. 1991 dekabr Romada Yeni hərbi strategiya qəbul olundu. Qeyd edilirdi ki, artıq kütləvi hücuma hazırlıq alyansın əsas vəzifəsi deyil, üzv dövlətlər üçün daha mümkün olan təhlükə etnik konfliktlər və ərazi mübahisələridir. Buna görə NATO müdafiə və çevik cavab konsepsiyasından imtina edir, mərkəzi məsələ problemlərin üzv olmayan dövlətlərlə danışıqlar və əməkdaşlıq əsasında həllidir.

Ardı…

Avropa Şurasının Nizamnaməsi

Belçika Krallığının, Danimarka Krallığının, Fransa Respublikasının, İrlandiya Respublikasının, İtaliya Respublikasının, Lüksemburq Böyük Hersoqluğunun, Niderlandiya Krallığının, Norveç Krallığının, İsveç Krallığının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökumətləri:

Ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın qorunması üçün həyati əhəmiyyət daşıdığına inanaraq;

Xalqlarının ümumi sərvəti və hər hansı həqiqi demokratiyanın əsaslarını təşkil edən şəxsiyyət azadlığı, siyasi azadlıq və qanunun aliliyi prinsiplərinin əsl mənbəyi olan mənəvi və əxlaqi dəyərlərə öz bağlılıqlarını yenidən təsdiq edərək;

İqtisadi və sosial tərəqqinin maraqları baxımından həmin idealların qorunması və bundan sonra da həyata keçirilməsi üçün bu fikirlərə şərik bütün Avropa ölkələrinin daha sıx birliyinə ehtiyac duyulduğuna əmin olaraq;

Bununla əlaqədar, öz xalqlarının ehtiyaclarına və aydın ifadə olunmuş istəklərinə cavab vermək üçün Avropa Dövlətlərini daha sıx ittifaqda yaxınlaşdıra biləcək təşkilatın təxirə salınmadan yaradılmasının vacibliyini nəzərə alaraq;

Nəticədə Hökumətlərin nümayəndələri komitəsindən və Parlament Assambleyasından ibarət olan Avropa Şurasının təsis edilməsini qərara almış və bu məqsədlə aşağıdakı Nizamnaməni qəbul etmişlər:

Ardı…

Follow

Get every new post delivered to your Inbox.