Neorealizmin əsas müddəaları

1979-cu ildə beynəlxalq münasibətlər nəzəriyyələri sırasına daha bir yeni nəzəriyyə – “neorealizm” nəzəriyyəsi daxil oldu. Özünün həmin il “Beynəlxalq Münasibətlər Nəzəriyyəsi” adlı kitabı ilə yeni nəzəriyyənin əsasının qoyan Kenned Uoltz eyni zamanda “güc” anlayışına olan baxışlar arasında inqilab etdi. O, beynəlxalq münasibətlər sisteminin realistik təhlilinin xarici siyasət səviyyəsindən çıxardaraq, daha geniş nöqteyi nəzərdən təhlil etdi. Neorealizm beynəlxalq siyasətə vahid sistem və müəyyən qanuna əsasən fəaliyyət göstərən anlayış kimi yanaşır. Yəni, beynəlxalq münasibətlərdə dünyanın bütövlüyü qlobal sistemə əsasən müəyyən edilməlidir, ayrı-ayrı dövlətlərə əsasən yox. Bununla belə, o, beynəlxalq münasibətlər sisteminin təhlilini üç səviyyəyə: fərd, dövlət və bütövlükdə beynəlxalq münasibətlər sisteminə böldü. Əgər siyasi realizm beynəlxalq münasibətlər sisteminin təhlilini yalnız ayrı-ayrılıqda dövlətlərin “milli maraqlar”ı zəminində yeritdiyi xarici siyasət nöqteyi nəzərdən aparırdısa, neorealizm beynəlxalq münasibətlər sisteminə daha geniş bucaq altında baxır. Lakin realizmin davamı kimi neorealizm birinciyə xas olan müxtəlif keyfiyyətləri özündə daşıyır. Dövlətlərin xarici siyasətlərində əsas yeri “milli maraqlar” tutması özü ilə bu “milli maraqlar”ın toqquşması zəminində yaranan konfliktləri qaçılmaz edir. Ardı…

Beynəlxalq sistemin növləri və dəyişmə səbəbləri

Beynəlxalq sistemlərin müxtəlifliyinə baxmayaraq siyasi realizmə görə onların hamısının əsasında müəyyən sayda böyük dövlət, hakimiyyətə sahiblik, beynəlxalq konflikt və s. kimi anlayışlar durur. Məhz buna əsasən biqütb, çoxqütb, bərabərlik və imperiya sistemi anlayışları ayrılır. Bipolyar sistem – iki böyük dövlətin üstün olduğu sistemdir. Əgər digər dövlətlər də bu səviyyədə gücə sahib olursa, sistem çoxqütblülüyə transformasiya olur. Qüvvələr balansında Ardı…

Müasir diplomatiyanın xüsusiyyətləri

Müasir diplomatiya 18 əsr klassik diplomatiyadan əsaslı sürətdə fərqlənir. Bu xüsusiyyətlərə aşağıdakıları qeyd edə bilərik:

1) Danışıqlar prosesinin rolunun artması və çoxtərəfli diplomatiyanın meydana çıxması: əgər ənənəvi olaraq danışıqlar ikitərəfli əsasda dövlətlər arasında baş tuturdusa, hazırda beynəlxalq təşkilatlar daxilində və üçüncü dövlətlərin iştirakı ilə danışıqların əhatəsi genişləndirilmişdir.

2) Yüksək səviyyədə keçirilən diplomatiyanın rolunun artması: xx əsrin ıı yarısından etibarən diplomatiyanın bu formasının yayılması beynəlxalq vəziyyətin dəyişməsində rol oynamış, vacib məsələlərin dar çərçivədən kənarda müzakirə olunmasına şərait Ardı…

Qələbə yoxsa tarixi məsuliyyət?!

14 mayda Almaniyanın Düsselldrof şəhərində keçirilən 56-cı Eurovision Mahnı Müsabiqəsində Azərbaycanın qalib olması çox möhtəşəm bir hadisə oldu. Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camalın Eurovision səhnəsində Ell & Nikki adı ilə Running Scared mahnısını möhtəşəm şəkildə ifası onsuzda ölkəmizin ən ön sıralarda olacağından xəbər verirdi, birinciliyi nə qədər çox arzulasaq da, birinci olduğumuzu görəndə əksəriyyətimiz bəlkə də buna inana bilmədik. Birinci olmaq, qələbənin sevincini yaşamaqdan gözəl bir şey yoxdur. Amma hər il olduğu kimi bu birincilik də bir çoxları tərəfindən birmənalı qarşılanmadı. Ardı…

Nabucco: will it decrease gas dependency of Europe on Russia?

As a foreign policy tool, economy and hence, energy resources began to play an important role since 1970’s[1], when OPEC countries increased prices of oil fourfold as a protest against Arab-Israel war. It was the first time when economy was used as mean to reach political goal. Since then, energy appears to be crucial factor that impacts on foreign relation, even, sometimes triggering conflict between them. This happens due to factor, as Hadfield [2] indicates, resource’s ability to provide state with internal stability and external power to influence. Strategic resources such as oil and gas are crucial for industry in peace times and twofold grave for military during the wartime. Therefore, dependency of demander for resources on supplier raises security issues between these countries.

Ardı…

FEEL YOUR HEART BEAT!!! – ÜRƏYİNİN SƏSİNİ DUY!!!

2010-cu ildə Norveçin paytaxtı Osloda Almaniya təmsilçisi Lena Meyer “Satellite” mahnısı ilə Eurovision Song Contest (ESC) 2011-i Düsseldorfa gətirdi. 10 may 2011-ci il tarixdə ESC 2011-in ilk yarımfinalı, 12 mayda isə ikinci yarımfinalının keçirilməsi ilə finalda iştirak edəcək ölkələr və onların sms nömrəsi məlum oldu. Bu da həmin ölkələr və onların sms nömrələri (Azərbaycan Respublikası ərazisindən 19 nömrəsi istisna olmaqla bəyəndiyiniz ölkənin kodunu yazıb 9450 nömrəsinə qısa sms göndərməklə səs verə bilərsiniz. Bir sms-in qiyməti 0,60 AZN-dir): Ardı…

Milli Fast Food-larımız

Son zamanlarda fast foodlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Sürətli həyat tərzi, fasiləsiz məşğuliyyət, zaman qıtlığı bizim yeməyə olan tələbatımızın fast foodlarla ödənilməsinə gətirib çıxardıb. Fast foodların sağlamlığa zərərli olduğunu hamımız bilirik, amma bunu hal hazırda müzakirə etmək fikrində deyiləm. Hər bir ölkənin öz milli mətbəxinə uyğun fast foodu vardır. Sadəcə bəzi hallarda xarici mətbəxlərdən gələn fast foodlar daha cazibədar göründüyü üçün milli mətbəxə aid olanları sıxışdırıb. Məsələn, Ardı…

Bizi dəyişdirən amillər!

Cəmiyyətin, ətrafımızın dəyişdirilməsi ilə bağlı qurbağa və qaynar su misalı.

The biggest political party in the world

Date of Establishment: July 1, 1921

Place of Establishment: Shanghai, China

General Secretary of the Central Committee: Hu Jintao (Elected in 16th and Re-elected in 17th Party National Congress)

Motto: Seeking Truth From the Facts

Flag and Emblem:


Guiding Ideology: Marxism-Leninism, Mao Zedong Thought and Deng Xiaoping

Total Number of Party Members: 77.995 million (Dec.2009)

Chinese Communist Party is one the biggest party of the world. It competes with  Democratic Party in USA. Therefore, World Community always interested in this party. I will give brief history of Communist Party and then its ahchievements although, westerns didn’t believe that it would survive till now.

Ardı…

Beynəlxalq İqtisadi Münasibətlərdə beynəlxalq valyuta sistemi və valyuta bazarı

 

Beynəlxalq valyuta sistemi dünya təsərrüfat miqyasında valyuta münasibətlərinin təşkili formasıdır. Beynəlxalq İqtisadi Münasibətlərin (BİM) müxtəlif formalarının artması dövlətlərarası valyuta hesablaşmalarını tənzim etmək üçün beynəlxalq valyuta sistemlərinin (BVS) yaranmasına səbəb olmuşdur.

Beynəlxalq valyuta sistemlərinin əsasını beynəlxalq hesablaşmalarda istifadə olunan ödəniş- valyuta vəsaitləri təşkil edir. Beynəlxalq valyuta münasibətləri milli və beynəlxalq valyuta sistemi səviyyəsində həyata keçirilir:

a)      Milli valyuta sistemi – hər bir ölkənin valyuta münasibətlərinin təşkili forması olub onun valyuta qanunauyğunluğu ilə müəyyən edilir.

b)      Beynəlxalq valyuta sistemi – valyuta bazarında daha qlobal əməliyyat formalarının dövlətlərarası razılaşmalarla müəyyən edilir.

Valyuta münasibətləri dedikdə, valyuta bazarında iştirak edən hər bir fərdin, yəni şəxsin, firmanın, bankların beynəlxalq hesablaşmalar və kredit valyuta əməliyyatlarının aparılmasında gündəlik əlaqələrin məcmusu nəzərdə tutulur.

Ardı…

Follow

Get every new post delivered to your Inbox.